İdxal 51, ixrac 0.1 faiz artıb

İdxal 51, ixrac 0.1 faiz artıb

2019-cu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Bu zaman 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib.
 
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, iyulun 15-də yaydığı açıqlamada bildirilir.
 
Açıqlamaya görə, hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 14 milyard 74.2 milyon ABŞ dolları təşkil edib. Burada ixracın dəyəri 8 milyard 240, idxalın dəyəri isə 5 milyard 834.2 milyon dollar olub: «Nəticədə 2 milyard 405.8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16.5 faiz, o cümlədən idxal 51.3 faiz, ixrac 0.1 faiz artmışdır. Real ifadədə isə dövriyyə 6.8 faiz, o cümlədən idxal 20.4 faiz, ixrac 0.4 faiz artmışdır».
 
Açıqlamaya görə, ixraca 29.7 faizlə İtaliya, idxala isə 14.2 faizlə İsveçrə liderlik edir.
 
İxracda ən çox pambıq lifi – 2.9 dəfə artıb.
 
İdxaldakı artımda isə daha çox minik avtomobilləri diqqət çəkir-2.2 dəfə. Bundan başqa, buğda idxalı da 14.6 faiz artıb. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru