Bakı-Sumqayıt yolunda yeni keçid tikiləcək

Bakı-Sumqayıt yolunun Ceyranbatan hissəsində yeraltı piyada keçidinin tikilməsi nəzərdə tutulub.
 
Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
 
“Bizim tərəfdən yolun bu hissəsində keçidin tikilməsi təklif edildi. Bu məsələ hələ ki, təsdiqlənməyib, tikinti müddəti və keçidlərin sayı məlum deyil.
 
Bizim struktura Ceyranbatan qəsəbəsində keçidin tikilməsinin labüdlüyünə dair təklif daxil olub. Bu, bizim də maraqlarımıza daxildir. Bu gün paytaxtın bir çox yerlərində yeraltı və yerüstü keçidlər tikilir.
 
Məsələn, Ziya Bünyadov prospektində 4 keçid tikilir, eləcə də Atatürk prospektində, Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində, Bayıl dairəsinin yanında və s.”- P.Mürsəliyev deyib.

Google+ WhatsApp ok.ru