Bakı-Supsa boru kəmərinin marşrutu dəyişə bilər

"Bakı-Supsa boru kəmərinin işləməsi üçün problem yaranarsa, altenativ layihə həyata keçiriləcək". "Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə baş nazirinin müavini, energetika naziri Kaxa Kalaldze bildirib.
 
Onun sözlərinə görə, bu məsələ artıq bir dəfə Gürcüstanın baş naziri ilə də müzakirə olunub: "Tikanlı tellərdən ibarət hasarın çəkilməsi problem yarada bilərdi. Gerçəkləşməsi üçün heç bir problem olmayacaq alternativ layihələr də mövcuddur. Əgər bu boru kəmərinə konkret təhlükə görsək, o zaman yeni xətti çəkəcəyik. Söhbət yeni 1 500-1 600 metrlik sahənin tikintisindən gedir, layihə artıq mövcuddur. Əgər problem yaranrasa, onda bu layihəni gerçəkləşdirəcəyik".
 
Qeyd edək ki, Gürcüstanın Tsxinvali bölgəsində tikanlı tellər bir neçə yüz metrdə Gürcütanın ərazisində içəriyə doğru çəkilb və nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi tanınmamış Cənubi Osetiyanın ərazisində qalıb.

Google+ WhatsApp ok.ru