Bakı əhalisinin bankda nə qədər pulu var?

2015-ci ilin yanvarın 1-nə olan məlumata görə, azərbaycanlılar banka 7 milyard 188 milyon 370 min manat əmanət yerləşdirib, bunun da 6 milyard 647 milyon 774 min manatı Bakı şəhərinin payına düşüb.
 
Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
Bakı şəhəri üzrə əmanətlərin 4 milyard 15 milyon 190 manatı milli valyuta ilə, 2 milyard 632 milyon 585 mini isə xarici valyuta ilə qoyulub. Orta faiz dərəcəsi isə 8% olub. Bakıdan sonra banklara əmanət yerləşdirən iqtisadi rayonların sırasında müvafiq yerlərdə Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala və digər iqtisadi rayonlar yer alıb.
 
Qeyd edək ki, banklara ən az əmanət yerləşdirən iqtisadi rayon isə Naxçıvan olub.

Google+ WhatsApp ok.ru