Bakıda ATƏT-in iclası başladı 28 İyun 2014 01:00 Siyasət Bu gün Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclası başlayıb. İclasda ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç də iştirak edir. ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası keçiriləcək. ATƏT PA-nın ən böyük tədbiri hesab edilən illik sessiyaya Azərbaycan ilk dəfə olaraq ev sahibliyi edəcək. ATƏT PA-da iştirakçı ölkələr 323 deputatla təmsil olunur. İyulun 2-dək davam edəcək sessiyada ümumilikdə təqribən 500 nümayəndənin sessiyaya qatılacağı gözlənilir. Bakıda keçirilən iclasda Ermənistandan olan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyəti tərkibinə "Daşnakstyun" fraksiyasının katibi Aqvan Vardanyan, "Respublikaçılar Partiyası fraksiyasından olan deputat Artaşes Qeqamyan, "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputat Stepan Marqaryan, parlamentin beynəlxalq şöbəsinin nümayəndəsi Anait Qasparyan və XİN təmsilçisi Vaqe Qevorkyan daxildir. Teqlər : #Bakıda ATƏTin iclası başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Avropa ölkələri deyəsən, bizdən yalnız neft istəyirlər” “Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video