Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək

Forum İran iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq
 
İranın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində dekabrın 27-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçiriləcək.
 
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib.
 
Forumda kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, əczaçılıq, nəqliyyat, logistika, turizm, İKT, tikinti, sement və digər tikinti materiallarının istehsalı, mühəndislik, avtomobil ehtiyat hissələrinin istehsalı, köhnəlmiş maşınların utilizasiyası və digər sahələrdə fəaliyyət göstərən İran şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
 

Google+ WhatsApp ok.ru