Neft bahalaşıb 22 Dekabr 2016 02:00 İqtisadiyyat Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 52,62 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar artaraq 54,61 dollar olub. Azərbaycan nefti isə ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,79 dollar və ya 1,38% azalaraq 56,35 dollar təşkil edib. (apa) / Teqlər : #Neft bahalaşıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qızıl 2 dollaradək ucuzlaşıb Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək