Bakıda dönər və qril də bahalaşdı 10 Oktyabr 2016 01:00 İqtisadiyyat Bahalaşmaya səbəb istehlak bazarında məhsulların qiymətinin artmasıdır. Xüsusən dönər, pirojki və qrilin bahalaşması ilə bağlı narazılıqların olduğunu bildirən sahibkarlar bu qida məhsullarının qiymətinin toyuq və mal ətinin qiymətindən asılı olduğunu bildirirlər. Bahalaşmanın davam edəcəyi istisna edilmir. 5 manata olan qril hazırda 6 manat olub, dönərin qiyməti də artaraq 1.50-2 manat arasında dəyişib. Quşçuluq fabrikləri və fermerlər isə toyuq və mal ətinin bahalaşmasını heyvan yemlərinin, kommunal xidmətlərin bahalaşması və digər xərclərin artması ilə əlaqələndirirlər. (bizimyol) / Teqlər : #Bakıda dönər və qril də bahalaşdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda ən çox sürülən avtomobillər – SİYAHI Azərbaycan üzərindən Qazaxıstan taxılının daşınma həcmi arta bilər