Bakı meriyasından “Müsavat”ın keçirəcəyi mitinqlə bağlı münasibət

Müsavat Partiyası Divanı son iclasında İnsan Haqları Günü münasibətilə keçirməyi planlaşdırdığı mitinqlə bağlı 12 nəfərdən ibarət Mitinq Komitəsi yaradıb.
 
Lakin partiyanın məsələ ilə əlaqədar  Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə hələ cavab gəlməyib.
 
Bu barədə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinın müdiri Zaur Ramazanov məlumat verib. O bildirib ki, müraciət məktubunu alıblar:
 
“Lakin hələ məktuba baxılmayıb. Baxıldıqdan sonra partiyaya cavab veriləcək”.
 
Qeyd edək ki, Müsavat Partiyası 14 dekabr tarixində mitinq keçirməyi qərarlaşdırıb.

Google+ WhatsApp ok.ru