Bakı metrosu 2015-2030-cu illərdə bu ərazilərdə olacaq 24 Oktyabr 2014 01:00 İqtisadiyyat “Metro sisteminin genişləndirilməsində inkişaf ilk növbədə Xırdalan istiqamətinə yönəldiriləcək”. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev məlumat verib. Onun sözlərinə görə, Böyük Bakının Regional İnkişaf Planında dəmir yollarının bərpa olunması və yenidən istifadəsi, yeni dəmiryolu xətlərinin salınması nəzərdə tutulur. Plan təsdiq olunduğu halda işlərə başlanılacağını deyən Komitə rəsmisi, ümumiyyətlə planda Bakı metrosunun genişləndirilməsinin nəzərdə tutulduğunu söyləyib. Maide.az-ın aznews.az-a istinadən xəbər verir ki, “2015-2030-cu illərdə metro xətləri, dəmir yolları və sürətli avtomobil yolları çəkiləcək. Baş Planda göstərilən Bakı ətrafında çox zolaqlı dairəvi yolun salınması, Dəniz limanının Bakıdan Ələtə köçürülməsi, “Ağ şəhər” layihəsi və Böyük Şor ərazisində Olimpiya şəhərçiyi salınması işlərinə artıq başlanılıb” - deyə C.Qocayev bildirib. Teqlər : #Bakı metrosu 20152030cu illərdə bu ərazilərdə olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan İranla sərhəddə dəmiryol körpüsünün inşasını öz üzərinə götürüb Ekspert: Azərbaycanda bir nəfərə 12,6 kvadratmetr yaşayış sahəsi düşür