Ekspert: Azərbaycanda bir nəfərə 12,6 kvadratmetr yaşayış sahəsi düşür

Bir il ərzində Azərbaycanda 14-15 min mənzil istismara verilib. Bizim dəyərləndirmələrimizə görə, əgər mənzillərin tikilməsi bu sürətlə davam edərsə, tələbatın tam ödənməsinə 60 il zaman lazım olacaq. Bu hesablamaya əsasən Azərbaycanda ev təsərrüfatlarının üçdə birinin - bu isə 650 təsərrüfat deməkdir - mənzilə ehtiyacı var.
 
Maide.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.
 
Ekspertin sözlərinə, görə Azərbaycanda bir nəfərə 12,6 kvadratmetr yaşayış sahəsi düşür.
 
“Bu, Avropa göstəriciləri ilə müqayisədə çox aşağı göstəricidir. Əsasən inkişaf etmiş ölkələrdə bir nəfərə 35-40 kvadratmetr yaşayış sahəsi düşür. Azərbaycanda ev təsərrüfatının yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğunu nəzərə alsaq, o zaman yaşayış fondu da üç dəfə və ya 30 milyon kvadratmetrə qədər artırılmalıdır.
 
İndiki orta qiymətləri, məhz kvadratmetr üçün 500 dolları nəzərə alsaq bütün vətəndaşların yaşayış şəraitini yaxşılaşdırmaq üçün 15 milyard dollar lazım olacaq”, - V.Bayramov sözünü yekunlaşdırıb.
 
Qeyd etmək lazımdır ki, Azərbaycan göstəricisi dünya göstəricisinin 0,13%-dir.  

Google+ WhatsApp ok.ru