Banklar 4 ayda 57 milyon manat ziyana düşüb

Banklar 4 ayda 57 milyon manat ziyana düşüb

-- Azərbaycanda hazırda 30 bank var

2018-ci il aprelin sonunda Azərbaycanda bank sektorunun zərəri 57.1 mln. manat təşkil edib.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabatda bildirilir ki, bu ilin 4 ayında bankların faiz gəlirləri 561 mln. manat, faiz xərcləri isə 201.1 mln. manat olub.
 
Banklar bu ilin yanvar-aprel aylarında kreditlər üzrə faizlərdən 386.6 mln. manat əldə edib.
 
Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsindən ötrü xüsusi ehtiyatın yaradılmasına 242.5 mln. manat vəsait xərcləndiyi açıqlanıb.
 
Azərbaycanda hazırda 30 bank var. 2015-ci ildə baş verən devalvasiyalardan sonra ölkədə 10-dan çox bank bağlanıb. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru