Bank sistemi hələ də `dalan`da

Bank sistemi hələ də `dalan`da

“Novoye Vremya” qəzeti ölkənin bank sektorunun problemlərinə diqqət çəkir: “Yarımçıq addımlar bank sektoruna yardımçı ola bilməz və ya Nəzarət Palatası nə ilə fərqləndi?”
 
Qəzet yazır ki, bu gün bank sistemində kütləvi olmasa da, ixtisarlar aparılmaqdadır: “Bu il iyunun 1-nə bu sektorda çalışanların sayı 16034 nəfərdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, ilin əvvəlindən bank sektorunda 913 nəfər və ya 5,4% azalma baş verib”.
 
İxtisarlara səbəb kimi bank sisteminin böhrandan çıxa bilməsi üçün Palatanın bankların sayının azaltması siyasəti göstərilir. Ancaqməqalədə deyilir ki, ölkədə 10-dan çox bank bağlansa da, bank sistemində “sağlamlaşdırma” siyasəti hələ dəözünü doğrultmayıb: “Palata şoxsaylı qərarlar, hansısa daxili direktiv və qanunlar qəbul edir. Amma bank sektoru səmərəlilik əlaməti göstərmir”.
 
Qəzet yazır ki, Palatanın fəaliyyəti dövründə bank sektorunda islahatlardan çox danışılsa da, hər hansı pozitiv dəyişiklik baş verməyib.
 
“Yerli bankların ödənilməmiş kreditlər, zəif kapitallşama, kredit portfeli və əhali əmanətlərinin zəifləməsi kimi əsas problemləri həll olunmayıb. Halbuki Azərbaycan bank sisteminin düşdüyü bu “dalan”dan çıxış yolu çoxdan tapılmalı idi”, - məqalədə deyilir və əlavə olunur ki, “yarımçıq tədbirlərlə bank sektorunu xilas etmək olmaz”.

Google+ WhatsApp ok.ru