İşi büdcə görəcəksə, məmur nəyə lazım?

İşi büdcə görəcəksə, məmur nəyə lazım?

“Exo” ölkənin yollarından yazır: “Azərbaycanda yolların yarısının təmirə ehtiyacı var”.
 
Qəzetə Azərbaycandakı yolların durumundan danışan ekspert Ərşad Hüseynov deyir: “Azəravtoyol” ASC ölkə yollarının 50%-nin durumunun acınacaqlı olduğunu bildirir, amma fikrimcə, rəqəmlərin göstərilməsində təvazökarlıq edirlər, təmirə ehtiyacı olan yollar daha çoxdur və əsas problemlər paytaxtdan kənarda olan yollarda özünü göstərir”.
 
Ə. Hüseynovun sözlərinə görə, paytaxtın bəzi rayonlarında, eləcə də kənarlarında çoxdan təmir işi aparılmayan, baxımsız halda olan yollar var: “Amma bu problem region sakinlərinə yaxşı tanışdır və onlar demək olar ki, alsfaltlı yollar olmasını artıq unutmağa başlayıblar, rayon mərkəzləriylə kəndlər arasında yol örtüyü adlı bir şey yoxdur”.
 
Ekspertə görə, bu problermi aradan qaldırmaq üçün milyardla manat lazımdır.
 
Ancaq o deyir ki, problemi bütünlüklə aradan qaldırmaq üçün dövlət büdcəsində vəsait yoxdur: “Hesab etmirəm ki, regional problemlər Bakının maliyyə dəstəyilə həll olunmalıdır, məmurlar Bakıdan köməyə alışıblar, odur ki, əllərini-qollarını sallayaraq nə vaxt vəsait daxil olacağını gözləyirlər. Amma hər rayon rəhbərliyi yol problemini özü müstəqil həll etməlidir”.
 
Ə.Hüseynovun qənaətincə, büdcə vəsaiti ölkə iqtisadiyyatının inkişafına və vacib sosial problemlərin həllinə sərf olunmalıdır, yolların təmiri, infrastrukturun yaradılması isə rayon rəhbərlyinin problemidir, “əks halda problemlər yalnız büdcə vəsaitləri hesabına həll olunacaqsa onda bu məmurlar nəyə lazımdır?” /

Google+ WhatsApp ok.ru