`Bank Technique`dən çıxmış Əhməd Məmmədov `Azər-Türk Bank`a təyin olunub 28 Avqust 2015 01:00 İqtisadiyyat Avqustun 26-da öz xahişi ilə "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru vəzifəsindən çıxmış Məmmədov Əhməd Məmməd oğlu “Azər-Türk Bank” ASC-yə təyinat alıb. Ə. Məmmədov bankın “Mərkəz” filialının direktoru təyin edilib. Qeyd edək ki, Ə. Məmmədovdan öncə adıçəkilən filialın direktoru Əkbərov Rasim Naib oğlu olub. Xatırladaq ki, Ə. Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır. Onu da qeyd edək ki, Elmar Məmmədov "Azərbaycan Beynəlxalq Bankı"ndan öncə "Azər-Türk Bank"da İdarə Heyətinin sədri olub. Teqlər : #`Bank Technique`dən çıxmış Əhməd Məmmədov `AzərTürk Bank`a təyin olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Limitləşdirmə növbəti devalvasiyanın qarşısını ala bilməyəcək Brent markalı neftin qiyməti 50 dollar həddini keçib