Limitləşdirmə növbəti devalvasiyanın qarşısını ala bilməyəcək

Maide.az "Bizim yol" qəzetinə istinadən xəbər verir ki, iqtisadçı-ekspert Zaur Əhmədov Azərbaycan Mərkəzi Bankı tərəfindən xarici valyutaların satışına limitlərin qoyulmasını şərhində limitin tətbiq olunmasında əsas məqsəd ajiotajın qarşısını almaqdır deyib: «Çünki vətəndaşlar əllərində olan ən kiçik vəsaiti belə dollara çevirməkdə maraqlıdır. Limit olmasa, süni istifadə halları yarana bilər.Limitləşdirmənin üstünlüyü ondan ibarətdir ki, tələbatdan artıq dollar kütləsinə ehtiyac yaranmasın». 
 
Amma ekspert onu da qeyd edir ki, limitləşdirmə manatın növbəti devalvasiya təhlükəsinin qarşısını ala bilməyəcək:
 
«Azərbaycanda əsas gəlir sahəsinin xammala söykənən olması əsas problemlərdən biridir. Yəni, əsas gəlirlərimiz neftdən daxil olur və bu məhsulun dünya bazarında ucuzlaşması nəticəsində gəlirlərimiz azalırsa, manata olan təzyiqlərin qarşısını birbaşa ala bilmərik. Müəyyən metodlarla yalnız yubada bilərik. Neftin qiymətinin ucuzlaşması uzun müddət davam edərsə, iqtisadiyyatımızın elə bir rezervləri yoxdur ki, itkiləri sığortalaya bilsin. Ölkənin gəlirlərinin 80 faizdən çoxu neft və neft sektorundan daxil olur. Onun qiymətinin sürətlə düşməsi nəticəsində yarana biləcək fəsadlara qarşı vətəndaşlar özləri tədbir görməlidir». 

Google+ WhatsApp ok.ru