Bayram gəlir, qiymətlər artır...

Bayram gəlir, qiymətlər artır...

"Novoye Vremya" qəzetində "Qiymətləri artıq dayandırmaq olmaz?" sualına cavab axtarılır.
 
Müəllif yazır ki, bəzi rəsmi şəxslər istehlak bazarında satılan məhsulların 85 faizinin yerli istehsal olduğunu bildirirlər, Amma heç düşünmürlər ki, bu məhsulların çoxu xalqa artıq əlçatan deyil: "Təəssüf ki, Azərbaycan məhsulları da daxil olmaqla, kəskin qiymət artımı başlayıb. Nəzərə alsaq ki, Novruz bayramı yaxınlaşır, bu qiymət artımını dayandırmaq olmayacaq. Bayram öncəsi qiymətlərin artacağını nəzərə alan Azərbaycan vətəndaşları zəruri olanları indidən almağa qərar veriblər".
 
Müəllif hesab edir ki, süni qiymət artımının qarşısını almalı olan qurumlar işlərinin öhdəsindən gələ bilmirlər. Buna görə də xalq onlara inanmır: "İndi bazarlardakı qiymət özbaşınalığı ilə hesablamalar aparsaq, bayram tədarükünə ən azı 100-120 manat lazımdır. Amma qiymət artımının qarşısı alınmasa, bu martın 20-nə 200-250 manata başa gələcək".
 
Yazıda deyilir ki, əlbəttə, vəzifə sahiblərinin bayram süfrəsi problemi yoxdur. Müəllifə görə, məmurlar xalqdan uzaqlaşdıqca, xalqın dərd-sərindən də xəbərsiz olur. /

Google+ WhatsApp ok.ru