Məzənnə `oyunu`

Məzənnə `oyunu`

"Exo" qəzetində "Manatın məzənnəsi ilə "oynamaq" Azərbaycan iqtisadiyyatına zərbədir" sərlövhəli məqalə diqqət çəkir. Ekspert Oqtay Haqverdiyev qəzetə deyib: "Düşünürəm ki, manat iki həftədən sonra enməyə başlayacaq. Manatın indiki məzənnəsini real adlandırmaq olmaz".
 
O.Haqverdiyev son həftələr manatın möhkəmlənməsinə toxunub. Onun deməsinə görə, milli valyutanın nisbi bahalaşması dövriyyədən iri manat kütləsi çıxarılması ilə bağlıdır: "Elə buna görə də banklar iri həcmdə "ucuz" dollar əldə ediblər. Bu proses başa çatan kimi manat yenə də "üzməyə" başlayır".
 
O.Haqverdiyev xatırladır ki, ilin əvvəlində manatın "sərbəst üzməyə" başlayacağı elan edildi. Manatın dəyəri tədricən enməyə başladı. Onun fikrincə, maliyyə institutlarının müdaxiləsi ilə manat bahalaşdı, bu isə süni və müvəqqətidir: "Bunu ona görə etdilər ki, sonradan dolları baha alıb sata bilsinlər. Mərkəzi Bank isə inflyasiyanın artımının dayandırılması üçün hər şeyə razı olur".
 
Ekspert hesab edir ki, iqtisadiyyat hazırda fəaliyyətsizdir, maliyyə sistemi isə öz-özünə sabitləşə bilməz. Onun deməsinə görə, iqtisadiyyatın ölkəyə real pullar gətirə biləcək sektorları inkişaf etməyib: "Manatın məzənnəsi ilə "oynamaq" dövlət iqtisadiyyatına zərbə vurmaqdır. Gələcəkdə neftə alternativ olacaq, manatın məzənnəsini saxlamaq yox, ölkəyə yaxşı gəlir gətirəcək elmi əsaslı layihələri reallaşdırmaq lazımdır". /

Google+ WhatsApp ok.ru