Belarus Azərbaycanda texnika istehsal edəcək 01 Dekabr 2016 02:00 İqtisadiyyat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya rəsmi səfəri zamanı "BELAVTOMAZ" və "MTZ-Holdinq" şirkətlərinin rəhbərliyi “Gəncə Avtomobil Zavodu” İB ilə 2016-2017-cı illərdə avtomobil və traktor hissələrinin tədarükünə dair müqavilə imzalayıb. Trend-in Belarusun Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, "MAZ" ilə bağlanmış müqaviləyə əsasən, gələn il 350 ədəd avtomobil hissəsi və texnikanın tədarükü nəzərdə tutulur. "MTZ" ilə bağlanmış müqaviləyə əsasən, 1500 ədəd traktor hissələrinin tədarükü nəzərdə tutulur. / Teqlər : #Belarus Azərbaycanda texnika istehsal edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çörək də bahalaşacaq xəbərinə – ZAVODDAN AÇIQLAMA - YENİLƏNİB Qızıl ucuzlaşıb