Birinci və ikinci qrup əlillər illik həkim müayinəsindən azad edilir

Birinci və ikinci, bəzi hallarda üçüncü qrup əlillər illik həkim müayinəsindən azad edilir. Dünən Azərbaycan prezidenti əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Sənədə əsasən, məqsəd vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir.
Təşkilati məsələlər Nazirlər Kabinetinə tapşırılır. Əlilliyin müəyyən edilməsi meyarlarının dəyişdirilməsi, birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması nəzərdə tutulur.
Digər məsələləri Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və RYTN həll etməlidir. /

Google+ WhatsApp ok.ru