Tenge düşməkdə davam edir

Qazaxıstanın milli valyutası Tenge ABŞ dollarına nisbətdə minimum həddə düşüb.
 
Sentyabrın 16-da banklarda 1 dollar təxminən 300 tenge olub.
 
Made.az xəbər verir ki, azadliq radiosunun məlumatına görə, Qazaxıstanın Fond Birjası 1 dollara nisbətdə orta kursu 283,98 tenge təyin edib ki, bu sentyabrın 15-i ilə müqaisədə təxminən 3 faiz çoxdur.
 
Bir çox valyutadəyişmə məntəqələri dollar və avronun satışını dayandırıb və bunun səbəbini valyutanın azlığı ilə izah ediblər.
 
Tenge avqustun 20-dən sürətlə düşməyə başlayıb.
 
Düşməzdən əvvəl tengenin 1 ABŞ dollarına nisbətdə məzənnəsi 188 idi.
 
Tengenin devalvasiyası qonşu ölkələrdə də qeyri-sabit vəziyyət yaradıb.
 
Ekspertlər bunun səbəbini dünya bazarında neftin ucuzlaşması, habelə Rusiya və Çində iqtisadi artımın geriləməsi ilə izah edirlər.
 
Qeyd edək ki, Qazaxıstan və Rusiyanın əsas gəlirləri demık olar ki, neftdəndir. /

Google+ WhatsApp ok.ru