BMT-dən Yəmən fəryadı:   10,3 milyon dinc əhaliyə təcili yardım lazımdır

BMT-dən Yəmən fəryadı: 10,3 milyon dinc əhaliyə təcili yardım lazımdır

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının köməkçisi Kate Gilmore BMT-nin Cenevrə Bürosunda davam edən İnsan Hüquqları Şurasının 36-cı sessiyasındakı çıxışı zamanı Yəməndə humanitar vəziyyətin son üç ildə pisləşdiyini və münaqişələrin əhaliyə dağıdıcı təsir göstərdiyini bildirib. 
 
Maide.Az "aa"-ya istinadən xəbər verir ki,  K.Gilmore  qeyd edib ki, dünyanın ən böyük humanitar böhranı Yəməndə baş verir. O, 27.4 milyon əhalidən, 18.8 milyonunun humanitar yardıma ehtiyacı olduğuna diqqət çəkib.
 
Çıxışında  10,3 milyon dinc əhaliyə təcili yardım lazımolduğunu, 7,3 milyon insanın isə qıtlıqdan əziyyət çəkidiyini bildirən K.Gilmore qeyd edib ki, 2014-cü ildən indiyədək Yəməndə 5 mindən çox mülki şəxs həyatını itirib.
 
“2014-cü ilin aprel ayından ölkədə yaranmış qarşıdurmalar nəticəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Yəmən Ofisi 5 mindən çox  Yəmənlinin həyatını itirdiyini və təxminən 9 min Yəmənlinin isə  yaralandığını təsbit edib sənədləşdirib. Bu rəqəm rəsmi olsa da qeyri-rəsmi qurbanların sayı çoxdur.
 
Həmçinin 3 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.” 
 
Yəməndəki fəlakətin "insan istehsalı" olduğuna işarə edən K.Gilmore, xalqın gedərək yoxsullaşdığını və ölkədəki humanitar vəziyyətin gündən günə daha da pisləşdiyini bildirib. 
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayımladığı son hesabata əsasən,  ötən beş ay ərzində 2110 yəmənlinin vəba epidemiyası səbəbindən həlak olub və 725 min 400-dən artıq insan bu xəstəliyə yoluxub.
 
Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 12 mindən çox yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrastrukturu məhv olub. 
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.
 
BMT ərzaq və tibb tədarükündən əlavə Yəmənə heç bir ərzaq və tibbi malları buraxılmadığını da əlavə edib.
 
 

Google+ WhatsApp ok.ru