BMT-nin baş katibi Hudeydaya 75 beynəlxalq müşahidəçinin göndərilməsini istədi

BMT-nin baş katibi Hudeydaya 75 beynəlxalq müşahidəçinin göndərilməsini istədi

BMT-nin baş katibi Antonio Quterres Yəmənin Hudeyda liman şəhərində nail olunan atəşkəsin monitorinqi üçün BMT Təhlükəsizlik Şurasından bölgəyə əlavə müşahidəçilər yerləşdirməsini tələb edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Quterres keçən ay yəmənli qruplar arasında İsveçin paytaxtı Stokholmdakı danışıqlardan sonra nail olunan Hudeyda atəşkəs qərarının dəstəklənməsi üçün BMT Təhlükəsizlik Şurasından bölgəyə 75 beynəlxalq müşahidəçi yerləşdirməsini istəyib.
 
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası keçən ay atəşkəsi dəstəkləyən və bölgəyə beynəlxalq atəşkəs müşahidəçiləri göndərilməsilə əlaqədar bir qərar qəbul etmiş və “uniformasız və silahsız” müşahidəçilər göndərilmişdi. Diplomatik mənbələrdən əldə olunan məlumatlara görə, hal-hazırda Hudeydada təhlükəsizlik problemi səbəbindən 16 müşahidəçidən ibarət kiçik bir qrup var.
 

Google+ WhatsApp ok.ru