BMT-nin Dünya Ərzaq Proqramı: Kovid-19-a görə Yəməndə ərzaq qiymətləri artıb 13 May 2020 09:10 Yəmən Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramının (WFP) Yəmən ofisinin Twitter hesabından verilən açıqlamada, epidemiya səbəbilə Yəməndə ərzaq qiymətlərinin artdığı və bu vəziyyətin Yəməndəki bir çox insana mənfi təsir göstərəcəyi qeyd olunub. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, açıqlamada, yəmənlilər üçün can damarı olan humanitar yardımların davam etməsinin zəruri olduğu ifadə edilib. Yəmən Səhiyyə Nazirliyi hökumətin nəzarətindəki bölgələrdə Kovid-19 sayının 65-ə, insan itkisinin 10-a çatdığını açıqlayıb. Yəməndə 5 ildən çox müddətdir davam edən toqquşmalarda minlərlə insan həyatını itirib. Dünyanın ən kasıb ölkələri arasında yer alan Yəməndə vətəndaş müharibəsi səbəbi ilə böyüyən humanitar fəlakət də dəhşətli həddə çatıb. BMT-nin açıqlamasına görə, dünyanın ən böyük humanitar böhranlarından birinin baş verdiyi Yəməndə, 22 milyondan çox insan yardıma və müdafiəyə ehtiyac duyur. Ölkədə təmiz su problemi, yetərsiz qidalanma, dərman və tibbi ləvazimat nöqsan kimi səbəblər də yoluxucu xəstəliklər üçün müsbət tendensiya yaradır. Teqlər : #BMTnin,#Dünya,#Ərzaq,#Proqramı:,#Kovid19a,#görə,#Yəməndə,#ərzaq,#qiymətləri,#artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı rejimi atəşkəsi bir gündə 60 dəfə pozdu Yəmənli lider Səudiyyə Ərəbistanına təklif verdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'