BMT: Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində 1,4 min yəmənli uşaq həlak olub 12 Yanvar 2017 02:00 Yəmən BMT xəbər verir ki, Səudiyyə Ərəbistan rejiminin Yəmənə qarşı təcavüzü nəticəsində 1,4 min yəmənli uşaq həlak olub. Maide.Az xəbər verir ki, BMT-nin Uşaq Fondu ötən gün açıqladığı hesabatda bildirib ki, Səudiyyə rejiminin Yəmənin dinc sakinlər məskunlaşdığı bölgələrinə hücumları uşaqların ölməsi və yaralanmasına səbəb olur. Məlumata görə, bu təcavüz nəticəsində 2,4 uşaq isə yaralanıb. YUNİSEF-in Yəməndəki nümayəndəsi M.Relano bildirib ki, uşaqların öldrülməsi ilə bağlı statistika həqiqətdə elan olunandan daha çoxdur. “Uşaqlar öyrənmək əvəzinə ölüm, müharibə və dağıntıları müşahidə edirlər". BMT-nin məlumatına görə, Səudiyyə rejiminin təcavüzü nəticəsində Yəməndə indiyədək 2 mindən çox məktəb yararsız hala düşüb və ya digər məqsədlər üçün istifadə olunur. Qeyd edək ki, BMT-nin açıqlandığı hesabat ərəfəsində Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin paytaxtı Sənanın şimal-şərqində Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib.Bu hava zərbəsi nəticəsində onlarla uşaq və qadın yaralanıb və həlak olub. Bölgədə əl-Fəllah adlı məktəbin yaxınlığına endirilən hava zərbəsində məktəblilər də həlak olub. Teqlər : #BMT: Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində 1,#4 min yəmənli uşaq həlak olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyənin aviazərbəsində yaranan bu mənzərə qəlbləri riqqətə gətirdi - FOTO Yəmənli sakinlər: Biz havadan, sudan və qurudan mühasirədəyik - VİDEO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'