BMT: `Yəməndə 5 yaşdan aşağı, yarım milyon uşağa təcili kömək edilməzsə, öləcəklər`

BMT: `Yəməndə 5 yaşdan aşağı, yarım milyon uşağa təcili kömək edilməzsə, öləcəklər`

BMT Yəməndə son 15 ayda 370 min uşağın aclıq təhlükəsilə üzləşdiyini açıqlayıb.
 
 Dunyabulteni  xəbər verir ki, BMT tərəfindən yeni açıqlanan rəqəmlərə əsasən, əhalinin təxminən yarısı, yəni 14 milyon insan ərzaq və tibbi yardıma möhtacdır.
 
5 yaşından aşağı, təxminən 500 min uşağa təcili kömək edilməzsə, tәlәf olaclaqlarını deyәn BMT rəsmiləri, xəstə olan uşaqların üçdə ikisinin zəif qidalanmadan əziyyət çəkdiyini bildirib.
 
UNICEF-in Yəməndəki bürosunun sözçüsü Məhəmməd Əl-Əsəədi avqustun 3-də açıqlama verərək, ən azı 370 min uşağın kəskin xəstəliklәrdәn və qida çatışmazlığından əziyyət çəkdiyini deyib. "Açıqladığım rəqəmlər çox ciddidir, bu ilin əvvəli ilə müqayisədə 50% artım olmasından danışırıq", - deyə o bildirib. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru