BP-nin ödəyəcəyi cərimənin məbləği açıqlanıb 06 Oktyabr 2015 01:00 İqtisadiyyat Britaniyanın BP neft şirkəti 20 milyard 800 milyon dollar məbləğində cərimə ödəyəcək. "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi ilə BP arasında gedən məhkəmə çəkişməsi nəticəsində neft şirkətinin 20 milyard 800 milyon dollar məbləğində təzminat ödəməsinə dair razılıq əldə edilib. Qeyd edək ki, 2010-cu il aprelin 20-də Meksika körfəzində BP şirkətinin neft platformasında baş vermiş partlayış nəticəsində 11 nəfər ölmüşdü. Partlayışdan sonra baş verən qəzanın nəticələri 85 gün ərzində aradan qaldırılmışdı. ABŞ hökuməti dəyən ziyana görə şirkətdən 5 əyalətinə təzminat ödəməsini tələb edirdi. Teqlər : #BPnin ödəyəcəyi cərimənin məbləği açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda müflisləşmək asanlaşdırıldı Hökumətin qəribə proqnozu: 2020-ci ilə kimi neftin qiyməti və hasilat həcmi sabit olacaq