BP bəzi layihələrini dayandırır və iş yerlərini ixtisar edir

Bununla yanaşı şirkətin ehtiyat variantı da mövcuddur.
 
BP neft şirkəti neftin ucuzlaşması ilə əlaqədar bir sıra layihələrin realizəsini dondura bilər.
 
Haqqın.az-ın məlumatına görə, bu barədə şirkətin maliyyə direktoru Brayan Qilvari “The Sunday Times” qəzetinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, neftin ucuzlaşması şirkətin uzunmüddətli planlarına təsir etmir, amma bəzi layihələr dayandırıla və ya ləğv edilə bilər.
Bununla yanaşı əgər neftin qiyməti bir barrel üçün 60-70 dollar arasında qalarsa şirkətin ehtiyat variantı da var.
 
Qilvari həmçinin bildirib ki, şirkət iş yerlərini ixtisar etmək niyyətindədir.
 
Xatırladaq ki, ötən həftənin sonunda Londonun beynəlxalq qitə birjasında yanvar müqavilələrinə görə fyuçerslərinə görə Brent (Şimal dənizinin müxtəlif yataqlarından əldə edilən neftdən ibarət) markalı neftin qiyməti 0,9 dollar ucuzlaşaraq, bir barrel üçün 68,74 dollardan ibarət olub.
Əgər cari həftənin sonuna qədər Brent neftinin qiyməti bu səviyyədə qalarsa, bu, 2009-cu ilin oktyabr ayından bu vaxta qədər ən aşağı göstərici olacaq./

Google+ WhatsApp ok.ru