Britaniya Yəməndə dinc sakinlərin qətliamı ilə bağlı beynəlxalq araşdırmaya maneçilik törədir

Britaniya Yəməndə dinc sakinlərin qətliamı ilə bağlı beynəlxalq araşdırmaya maneçilik törədir

Britaniya Avropa İttifaqının Yəməndə dinc sakinlərin qətliamı ilə bağlı beynəlxalq müstəqil istintaqın aparılmasına maneə yaradır. 
 
Maide.Az bildirir ki, "Guardian" qəzetinin məlumatına görə, bu istintaqın aparılmasına dair təklif Hollandiya tərəfindən Cenevrədə BMT-nin İnsan Haqları Şurasına təqdim olunmaq üçün irəli sürülüb. Təklifin verilməsindən məqsəd Səudiyyə Ərəbistanın Yəməndə törətdiyi hərbi cinayət haqqında araşdırma aparmaqdır. 
 
Təklifə əsasən bir qrup ekspert Yəmənə göndərilməli və bu ölkədə insan haqlarının pozulması və dinc sakinlərin durumu ilə bağlı hesabat hazırlamalı idi. Lakin Səudiyyə Ərəbistana müxtəlif növ silahlarla təmin edən Britaniya bu layihəni dəstəkləməyib. 
 
"Human Rights Watch" və bəzi digər insan haqları qurumları BMT-nin İnsan Haqları Şurasına açıq məktub yazaraq Yəməndə “insan haqlarının pozulması ilə məlumatların qorunması, toplanması və həqiqətlərin aşkarlanması” üçün yardım etməyə çağırıblar. Açıq məktubda bildirilir ki, Yəməndə törədilən cinayətkarlar ədalət və məhkəmə qarşısına çıxarılmalıdır.
Britaniyanın xarici işlər naziri Boris Johnson belə bir istintaqın aparılmasına ehtiyac olmadığını bildirib. B.Johnson düşünür ki, Yəməndə baş verənlərlə bağlı  lazımi qədər məlumat var və belə araşdırmanın aparılmasına ehtiyac yoxdur. 
 
Rəsmi Londonun bu addımı İnsan Haqları Qurumları tərəfindən tənqid olunub və onlar Yəməndə dinc sakinlərin əleyhinə cinayətlərin davamından narahatçılıqlarını dilə gətiriblər.
 
"Amnesty International"ın rəsmilərindən olan Polly Truscott deyib ki, Britaniyanın bu mövqeyi sarsıdıcıdır. “Britaniya ədalət tərəfində durmalıdır və silah istehsal edən şirkətlərin təşviqedicisi olmamalıdır. 
 
“Silah ticarətinə qarşı mübarizə” qeyri-hökumət təşkilatının rəsmisi Andru Esmit deyib ki, son 18 ayda Britaniya silahları Yəməni məhv edib."
 
Məlumatlara əsasən Britaniya, Səudiyyə Ərəbistanın Yəmənə təcavüz etdiyi dövrdən indiyədək Ərəbistana 3 milyard pound dəyərində silah satışı üçün icazə verib. 
 
Statistik məlumata görə, Səudiyyə Ərəbistan Britaniyanın ən böyük silah alıcısıdır. Britaniya 2010-cu ildən indiyədək Ərəbistana 6 milyard 700 milyon pound dəyərində silah satıb.
 
Səudiyyə Ərəbistanın Yəmənə 1 il yarımdan çox bir təcavüzü müddətdə 10 min yəmənli  həlak olub ki, onların əksəriyyəti uşaq və qadınlardır. 
 
Ərəbistan indiyədək dəfələrlə Yəməndə məktəbləri, xəstəxanaları, yaşayış evlərini, yolları, bazarları və qaçqınların məskunlaşdığı düşərgələri bombalayıb.
 

Google+ WhatsApp ok.ru