Buğda idxalı 49,4% artıb

Bu ilin I yarısında Azərbaycana 800,5 min ton buğda idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 264 min ton və ya 49,5% çoxdur.
 
Buğdanın təxminən 94%-i Rusiyadan alınıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər. Təkcə bu ilin II rübündə xaricdən 305 min ton buğda alınıb.
 
Bir ton buğda idxalçılara $234,3-a başa gəlib. Bu, 2014-cü ilin eyni dövründəkindən 10% azdır.
 
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il Azərbaycanda 1 mln 687 min ton buğda istehsal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 243 min ton və ya 16,8% çoxdur. Məhsuldarlıq 31,3 s/ha və ya ötən ilkindən 7,4 s/ha çox olub.

Google+ WhatsApp ok.ru