Bu ilin 3 ayı ərzində süd idxal 17 faizə yaxın artıb

Bu ilin 3 ayı ərzində süd idxal 17 faizə yaxın artıb

2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2 milyon 810,54 min ABŞ dolları dəyərində 2 121,07 ton süd idxal edib. 

Maide.Az "Sputnik"ə istindala xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə,  bu ilin 3 ayında 2018-ci ilin eyni dövrü ilə müqayisədə süd idxalı dəyər ifadəsində 182.28 min dollar (6,93%), miqdar ifadəsində isə 302.58 ton (16,63%) artıb. 

Bu ilin yanvar-mart ayları ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0,09%-ni təşkil edib.  Qeyd edək ki, bu ilin 3 ayında Azərbaycanın ticarət dövriyyəsinin 4 mlrd. 484,55 mln. dolları ixracın, 3 mlrd. 135,58 mln. dolları isə idxalın payına düşüb.   

 

Google+ WhatsApp ok.ru