Daşınmaz sığorta ilə bağlı cəza yolu axtaranlar

Daşınmaz sığorta ilə bağlı cəza yolu axtaranlar

-- Mənzilinə icbari sığortanı almayanların məsuliyyətə cəlb edilməsi yolu axtarılır

"Marja.az"da isə "Mənzilinə icbari sığortanı almayanların məsuliyyətə cəlb edilməsi yolu axtarılır" sərlövhəli məqalə oxumaq olar.  
 
"Təəssüf ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanma aşağıdır. Bizim hesablamalara görə, təkcə bu növ üzrə təxminən 300 milyon manat sığorta haqları toplana bilər. Amma hazırda bu məbləğin 7-8%-i toplanır". Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli "marya"ya durumu belə şərh edir.
 
Müəllif deyir ki, nəzərdə tutulan daha bir neçə tədbir daşınmaz əmlakın icbari sığortası üzrə yığımların artırılmasına hesablanır.
 
M.Abbasbəyliyə görə, Baş Dövlət Yol Polisinin bazası ilə İcbari Sığorta Bürosunun bazası əlaqələndirilir, buna görə də avtomobil sahibləri mülki məsuliyyətinin icbari sığortası haqlarının toplanması maksimuma yaxındır.
 
"Biz çalışırıq ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin bazası İcbari Sığorta Bürosunun bazası ilə əlaqələndirilsin. İnteqrasiya olduqdan sonra yığımların 5-10% artacağını gözləyirik", - assosiasiya rəhbəri bildirib.
 
Assosiasiya rəhbəri elektron müqavilələrə keçidi problemlərdən biri adlandırır və bununla bağlı İcbari Sığorta Bürosu tərəfindən qanunvericiliyə dəyişikliklər hazırlanıb".
 
M.Abbasbəyli deyir ki, daşınmaz əmlakın icbari sığortasında yüksək nəticələrə nail olmaq çətindir, çünki avtomobillərdə olduğu kimi, əmlak sahiblərinin cərimələnməsi mexanizmi yoxdur: "Bununla bağlı müəyyən araşdırmalar aparırıq. Qanunvericilikdə nəzərdə tutulub ki, daşınmaz əmlakın icbari sığortasına yerli icra nümayəndəlikləri nəzarət etməlidirlər. Amma bunun işləmə mexanizmi yoxdur. Biz çalışırıq ki, bu istiqamətdə də təkliflərimizi hazırlayaq".
 
M.Abbasbəyli vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istənilən əməliyyat üçün müraciət edilən zaman daşınmaz əmlaka dair sığorta bağlanmasını təklif edirik.
 
Assosiasiya rəhbəri bunu çıxış yolu saymasa da hər halda toplanan sığorta haqlarının 5-10% artmasına səbəb olacağını bildirir.
 
M.Abbasbəyli deyir ki, sığorta daşınmaz əmlakı müdafiə xarakteri daşıyır və buna görə də daşınmaz əmlakın icbari sığortası məcburidir.(contact.az)
 
Assosiasiya rəhbəri deyir ki, bu mənada Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, təminat məbləği 25.000 manat, azadolma məbləği 250 manatdır. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, təminat məbləği 20.000 manat, azadolma məbləği 200 manatdır, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, təminat məbləği 15.000 manat, azadolma məbləği 150 manat təşkil edir.
 
Yaxşı təhsil "vəsait qurbanı" istəyir?...
 

Google+ WhatsApp ok.ru