Dekabr ayında istehlak qiymətləri orta hesabla 0,8 faiz artıb - DSK

Dekabr ayında istehlak qiymətləri orta hesabla 0,8 faiz artıb - DSK

2018-ci ilin dekabrında Azərbaycanda istehlak qiymətləri noyabr ayına nisbətən orta hesabla 0,8% artıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiyməti 1,7 faiz bahalaşıb.
 
DSK-ya görə, ötən ay düyünün, unun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, zeytun və qarğıdalı yağlarının, bir sıra meyvə və tərəvəz növlərinin, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin və s qiymətlərində bahalaşma olub. Eyni zamanda, mal ətinin, yumurtanın, vermişel və makaronun, şəkər və şəkər tozunun və s. qiymətlərində isə ucuzlaşma müşahidə olunub. /contact.az /

Google+ WhatsApp ok.ru