Devalvasiyaya görə kim cavab verəcək?

Devalvasiyaya görə kim cavab verəcək?

-- `Problemli kreditlər` seçkilərə qədər həll edilməsə...

"Novoye Vremya" qəzetində diqqəti "Devalvasiyaya görə kim cavab verəcək?" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif 2015-ci ildən bu yana ölkə vətəndaşlarının müəyyən qisminin banklara yaranan kredit borcu ilə gündəmə gələrək əsas problemlərdən olan və hələ də həllini tapmayan "problemli kreditlər" məsələsini ekspert Əkrəm Həsənovla gündəmə daşıyır.
 
Yazı müəllifinə görə, Azərbaycanda seçkiöncəsi mühit ictimaiyyətin diqqətini bir daha banklara xarici valyuta ilə olan bocrlara cəmləyib: "Deputatlar, ekspertlər, bəzi hallarda banklar özləri bu məsələni "üçtərəfli" (vətəndaş-bank-hökumət) şəkildə həll emək yolunu təklif edirlər, amma neçə illərdir danışılsa da, problemin həllində irəliləyiş yoxdur. Ekspertlərə görə, problem seçkilərə kimi həllini tapmalıdır, bundan sonra isə müsbət nəticə əldə olunmasına ümid belə etmək olmaz".
 
Müəllif deyir ki, məsələnin "üçtərəfli" həllinin özünəməxsusluğu vətəndaşın, bankın və hökumətin "maliyyə ödənişi" ilə yüklənməməsindədir, amma davranışlardan belə görünür ki, bu həll yolu manatın iki devalvasiyası və neft gəlirlərinin azalması ilə bir kənara qoyulub.
 
Müəllif vurğulayır ki, ekspert Ə.Həsənov da problemin indi gündəmə gəlməsini seçki öncəsi mühitlə əlaqələndirir: "İndi bu məsələ qarşıdakı seçkilərlə bağlı müzakirələrə səbəb olub. Buraya əhalinin Novruz bayramı, müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılmasının 100 illiyi ilə bağlı gözləntiləri də daxildir. Amma, buna əminəm ki, bu məsələ ilə bağlı qərar aprelin 11-nə kimi qəbul edilməsə, sonra çətin ki, həllini tapar".
 
Ə.Həsənov deyir ki, burada müzakirə obyekti sırf vətəndaşların götürdükləri istehlak kreditləridir, biznes qurumlarının istehlak kreditləri adı ilə götürdükləri buraya daxil deyil.
 
Ekspert deyir ki, bu kreditlər 5-10 min dollardan yuxarı olmayıb, "üçətərfli" həll prosesində bu, tərəflərə cəmi 1500-3 min dollar ödəniş deməkdir.
 
Ə.Həsənov deyir ki, banklar belə bir güzəştə getmək istəmədikləri halda prezident səviyyəsində tövsiyə də vermək olar və bu, problemin həllinə müsbət təsir göstərər.
 
Ekspert hesab edir ki, burada əhaliyə görə, ödəniş edən hökumət vəsaitlərinin bank faizinə hesablana bilməməsi üçün çıxış yolu əhalinin öz üzərinə düşən məbləği ödədikdən sonra hökumətin öz hissəsinə düşən pulu banklara ödəməsindədir.
 
Müəllif isə deyir ki, problemli kreditlərin həllindən ilk növbədə uduşla çıxan kredit və depozit portfelləri kəskin azalan bank sektoru özü olacaq.
 

Google+ WhatsApp ok.ru