Dünyanın ən gəlirli şirkətləri - SİYAHI

“Fortune” jurnalı 2014-cü ildə əldə etdikləri gəlirə görə dünyanın 500 ən böyük şirkətinin reytinqini dərc edib.
 
Maide.az xəbər verir ki, reytinqdə birinci sırada dünyanın ən böyük pərakəndə satış şirkəti “Wal-Mart” supermarketlər şəbəkəsi qərarlaşıb.
 
Bu şirkətin illik gəliri 485,6 milyard dollar təşkil edib ki, onun 16,3 milyard dolları xalis gəlir olub.
 
Siyahıda ikinci yerdə Çinin neft-kimya şirkəti “Sinopec Group” qərarlaşıb. Şirkət il ərzində 446,8 milyard dollar gəlir əldə edib.
 
Dünyanın ən böyük texnologiya şirkətləri isə siyahıda bu cür qərarlaşıblar:
 
“Apple” şirkəti 15-ci yer, “Samsung” 13-cü yer, “Microsoft” 95-ci yer.
 
“Apple” şirkəti ötən il 183 milyard dollar qazanc əldə edib ki, bu həcmin də 39,5 milyard dolları xalis gəlir olub. 39,5 milyard dollarlıq xalis gəlirlə “Apple” 500 şirkət arasında ikinci yerdə qərarlaşıb.
 
“Samsung” ötən il ərzində 195 milyard dollar gəlir əldə edib. Xalis gəlirə görə (21,9 milyard dollar) “Samsung” doqquzuncu yerdə qərarlaşıb.
 
“Microsoft” korporasiyasının xalis gəliri isə  22 milyard dollar təşkil edib./

Google+ WhatsApp ok.ru