Azərbaycan neftinin ucuzlaşması davam edir 27 İyul 2015 01:00 İqtisadiyyat Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,62 dollar yaxud 2,81% ucuzlaşıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,09 dollara bərabərdir. Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 57,71 dollar/barel olub. Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Teqlər : #Azərbaycan neftinin ucuzlaşması davam edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Texniki nasazlıq: 1,4 milyon avtomobil geri çağırılır Dünyanın ən gəlirli şirkətləri - SİYAHI