Dollar alanlar azalmayıb – «EXCHANGE»LƏRDƏ SON VƏZİYYƏT

Dekabrın 21-də baş verən devalvasiya və dolların məzənnəsinin kəskin artıb 1,55 manata qalxması Azərbaycanda dollara marağı azaltmayıb. Bu gün valyutadəyişmə məntəqələri saat 10-dan işə düşüb. Burada dolların alqı-satqı qiymətləri 1,53/1,58 manatdır.
 
Xarici valyuaların məzənnəsinin yüksəlməsinə baxmayaraq, dollara maraq azalmayıb. Ölkə vətəndaşlarının bir qismi hətta baha qiymətə olsa da dollara almağa çalışırlar. Bəzi məntəqələrin qarşısında kiçik növbələr var. Alıcıların bir hissəsi hesab edir ki, dolların məzənnəsi bundan sonra da arta bilər. Baxmayaraq ki, dekabrın 21-də AMB-nin sədri Elman Rüstəmov dövlət televiziyasına musahibəsində bildirmişdi ki, manatın məzənnəsinin kəskin aşağı düşməsinə imkan verilməyəcək.(fins.az)
 
 

Google+ WhatsApp ok.ru