Dollarla ipotekaya yaşıl işıq

Xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılması ipoteka kreditlərinə şamil edilmir. Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər.
 
Marja-nın xəbərinə görə, palatadan qeyd ediblər ki, istehlak krediti – sahibkarlıq, peşə fəaliyyəti, daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir.
 
“İpoteka krediti istehlak krediti hesab edilmir. Qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir. Bütün növ istehlak kreditlərinə kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı kreditlər daxildir. Bu növ kreditlərin restrukturizasiya edilməsi qadağanın əhatə dairəsindədir” - palatadan deyiblər.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası aprelin 5-dən etibarən xarici valyutada istehlak kreditlərinin verilməsini dayandıran qərar qəbul edib. Bu qərarın ilkin olaraq 1 ay müddətə verildiyi qeyd edilib. /

Google+ WhatsApp ok.ru