Dolların bahalaşması nefti ucuzlaşdırır

Dolların bahalaşması nefti ucuzlaşdırır

Dünya birjalarında neft ucuzlaşıb.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 53,19 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,09% azalaraq 55,96 dollar olub.
Neftin ucuzlaşmasına dolların möhkəmlənməsi səbəb olub.  
 
 
Azərbaycan neftinin isə qiymət artımı davam edir.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,48 dollar və ya 0,85% artaraq 56,83 dollar təşkil edib. (apa) /

 

Google+ WhatsApp ok.ru