Edvard Nalbandyan: `Hesab edirəm ki, tərəflərin mövqelərinin yaxınlaşması üçün kiçik addım atılıb` 28 Oktyabr 2014 02:00 Siyasət Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü faydalı adlandırıb. E. Nalbandyan bildirib ki, görüş zamanı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və tərəflər arasında etimadın möhkəmləndirilməsi müzakirə olunub: "Hesab edirəm ki, tərəflərin mövqelərinin yaxınlaşması üçün kiçik addım atılıb”. Nazir qeyd edib ki, bu, çətin prosesdir və bir-iki görüşdən sonra önəmli dəyişikliklər gözləmək lazım deyil: “Görüşlər faydalıdır, onlar prezidentlərə bir-birinin mövqeləri ilə tanış olmaq üçün imkan yaradır. Bu baxımdan görüşü müsbət qiymətləndirirəm. Prezidentlər səviyyəsində təsdiq olundu ki, sülh danışıqlarının alternativi yoxdur və bu istiqamətdə irəliləməliyik”. E. Nalbandyan deyib ki, növbəti görüşün yeri və vaxtı heləlik müəyyən edilməyib. Teqlər : #Edvard Nalbandyan: `Hesab edirəm ki,#tərəflərin mövqelərinin yaxınlaşması üçün kiçik addım atılıb`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Natiq Əliyevin Kremlin “boz kardinalı”nın Bakı danışıqları barədə açıqlaması aranı qatdı Milli Məclisdə gərgin mübahisə
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video