Erməni deputat Azərbaycanı müdafiə etdi 22 İyul 2014 01:00 Siyasət `Erməni milyarderin həbsini Azərbaycan sifariş etməyib` "Rusiyada milyarder Levon Ayrapetyanın həbsini Azərbaycan sifariş verməyib". Bunu Ermənistanın Respublika partiyasının deputat Qareqin Nuşikyan deyib. Onun sözlərinə görə, bir çoxları hesab edir ki, Levon Ayrapetyan Azərbaycanın sifarişi ilə həbs edilib. "Lakin bu belə deyil. Çünki Azərbaycanın sifarişi ilə hansısa iş adamı həbs edilirsə, niyə Ermənistan üçün faydalı işlər görən digər erməni milyarderlər tutulmur. Məsələn, Samvel Karapetyanı misal çəkə bilərəm", deyə deputat bildirib. Qeyd edək ki, Rusiyada yaşayan erməni milyarder Levon Ayrapetyanın qardaşı onun həbsinin Azərbaycanın sifarişi ilə həyata keçirildiyini deyib. Ayrapetyan çirkli pulların yuyulmasında təqsirli bilinir. Teqlər : #Erməni deputat Azərbaycanı müdafiə etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran Azərbaycan XİN-nə etiraz NOTA-sı təqdim edəcək Xroniki erməni qorxusu
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video