Fransa və Çin üzünü  İrana çevirdi

Fransa və Çin üzünü İrana çevirdi

Fransanın Total və Çinin CNPC şirkətləri, İrandakı cənub Pars qaz bölgəsini inkişaf etdirəcək. Fransanın Total neft və qaz şirkəti sanksiyaların götürülməsindən sonra İran İslam respublikasında fəaliyyətlərini davam etdirmək üçün geri qayıdan ilk böyük qərb firması oldu.
 
Maide.Az xəbər verir ki, Total İran hökuməti ilə dünyanın ən böyük cənubi Pars qaz sahəsini inkişaf etdirmək üçün müqavilə imzalayıb.
 
Layihədə Total şirkəti ilə birlikdə Çinin Milli Neft Şirkəti (CNPC) və İran Milli Neft Şirkəti də iştirak edəcək.
 
Müqavilənin birinci mərhələsində 30 quyu qazılması üçün iki platforma qurulacaq. Bu əməliyyatların dəyəri 2 milyard dollar qiymətləndirilib.
 
Üç dövlətin həyata keçirəcəyi layihəyə görə gündə 51 milyon kubmetr qaz hasilatı olacaq.
 
Layihəyə əasasən Total şirkəti 50,1 faiz, CNPC 30 faiz və İrana isə 19.9 faiz pay veriləcək. /

Google+ WhatsApp ok.ru