Tehran-Kərbəla qatarı açılıb və yalnız həftənin....

Tehran-Kərbəla qatarı açılıb və yalnız həftənin....

Tehran-Kərbəla qatarı yalnız həftənin ikinci günləri hərəkət edəcək, yaxın iki ayda isə Məşhəd-Kərbəla qatarı açılacaq.  
 
Maide.Az xəbər verir ki, bunu İranın Dəmir Yollarının Sərnişindaşıma Xidməti üzrə idarənin rəhbəri Əli Kazimiməneş Ərbəin zəvvarlarına xidmət göstərilməsi prosesi ilə tanış olarkən jurnalistlərə deyib.
 
K.Kazimiməneş deyib ki, Tehrandan Kərbəlaya hərəkət edən ilk qatar Şələmçə stansiyasına çatıb. “Allahın lütfü ilə İmam Hüseyn (ə) zəvvarları salamat Şələmçə sərhədi stansiyasına çatıblar. Pasport yoxlanışından sonra sərhəddən qatar Kərbəla istiqamətinə hərəkət edəcək”.
 
O deyib ki, hər həftə təqribən 400 nəfəri Tehrandan Kərbəlaya aparmağı planlaşdırırıq. “Tehran-Kərbəla qatarına biletin qiyməti 130 min tüməndir (təqribən 60 manat).
 
Qatar Tehrandan Şələmçə sərhədinə kimi hərəkət edir, oradan Bəsrə stansiyasına kimi, sərnişinlər avtobusla daşınacaq və oradan Bəsrə-Kərbəla qatarı ilə hərəkət edəcək”. 
 
Gələcəkdə İran və İraq sərhəddində 32 kilometrlik dəmir yolu xətti çəkiləcək və iki ölkənin dəmir yolu birləşdiriləcək. /

Google+ WhatsApp ok.ru