Freedom House: Azərbaycanda vəziyyət pisləşməkdə davam edir

Freedom House hüquq-müdafiə təşkilatı “Keçid dövrü ölkələri – 2015” adlı illik hesabatını dərc edib. Sənəddə Mərkəzi Avropadan başlamış Mərkəzi Asiyaya qədər müxtəlif regionlarda 29 dövlətdə vəziyyət təhlil edilir. “Amerikanın səsi” bildirib.
 
Freedom House hər ölkədə vəziyyəti yeddi əsas göstərici (elektoral prosesin durumu, vətəndaş cəmiyyətinin vəziyyəti, media müstəqilliyinin dərəcəsi, korrupsiyanın səviyəsi, idarəetmənin keyfiyyəti və s.) üzrə qiymətləndirir. Qiymətləndirmə 7 ballıq şkala üzrə aparılır və 7 bal ən pis göstərici sayılır.
 
Hesabata görə, Estoniyanın reytinqi 1,96 bal, Latviya 2,07, Litva 2,36, Gürcüstan 4,64 (yerli idarəetmə sahəsində müəyyən irəliləyiş var), Ukrayna 4,75 (dörd sahədə yaxşılaşma qeydə alınıb), Moldova 4,86, Ermənistan 5,36, Qırğızıstan 5,93 (vətəndaş cəmiyyətinin vəziyyəti pisləşib), Tacikistan
 
6,39 (iki sahədə tənəzzül, Rusiya 6,46 (dörd sahədə mənfi proseslər baş verib), Qazaxıstan 6,61, Belarus 6,71, Azərbaycan 6,75 (vətəndaş cəmiyyətində və məhkəmə sahəsində vəziyyət pisləşib), Türkmənistan və Özbəkistan hər biri 6,93 bal təşkil edib.
 
Sənəddə qeyd olunur ki, “demokratik islahatları sözdə dəstəkləyən avtoritar liderlər öz repressiya taktikalarını sistemləşdiriblər və inklyuziv siyasətin aparılmasından əsasən imtina ediblər.

Google+ WhatsApp ok.ru