Gürcüstan, Azərbaycan və Türkiyənin XİN rəhbərləri Qarsda görüşəcəklər

Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili Azərbaycan və Türkiyəli həmkarları ilə dekabrın 10-da Türkiyənin Qars şəhərində keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.
 
“Nazirlər ortaq maraqlardan irəli gələrək regional əməkdaşlığın inkişafı perspektivləri haqqında fikir mübadiləsi aparacaqlar, habelə əvvəlki görüşlərdə qəbul edilmiş qərarları müzakirə edəcəklər”, deyə Gürcüstan XİN bildirir.
 
Nazirlərin görüşündə “ortaq maraqlar əsasında bütün sahələrdə vahid planın formalaşdırılması məqsədilə ikitərəfli və regional məsələlər ətraflı qiymətləndiriləcək, bu, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir”, deyə məlumatda qeyd edilir.
 
Bu formatda görüş sayca üçüncü olacaq. Xarici işlər nazirlərinin birinci görüşü 2012-ci ilin iyununda Trabzonda, ikincisi 2014-cü ilin fevralında Azərbaycanın Gəncə şəhərində keçirilib.
 
Bu ilin mayında Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin birinci üçtərəfli sammiti keçiriləcək, elə bu il üç ölkənin müdafiə nazirləri səviyyəsində görüş keçiriləcək.
 
Türkiyə XİN-in məlumatına görə, dekabrın 9-na, danışıqlardan bir gün əvvələ nazirlər Tamara Beruçaşvili və Mevlut Çavuşoğlunun ikitərəfli danışıqları planlaşdırılıb. Gündəlikdə regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi, ikitərəfli əməkdaşlığın strateji məsələlərinin müzakirəsi var.

Google+ WhatsApp ok.ru