Hər 10 dəqiqədə Yəməndә bir uşaq aclıqdan ölür 26 Dekabr 2016 02:00 Yəmən "Seyac" Uşaq Hüquqları Cəmiyyəti Yəmənin şimal şərqində yerləşən Həccah şəhərində 60 mindən artıq Yəmənli ailə üçün yardım çağırışı edib. "Seyac" Uşaq Hüquqları Cəmiyyətinin sədri Əhməd Əl-Karşi Facebook-dakı şəxsi səhifəsindən açıqlama verərək, Səudiyyə rejimi ilə Yəmən sərhədi arasında yerləşən ərazidə 100 min ailənin müharibə səbəbilə mühacirət etdiyini bildirib. 150 mindən artıq uşağın baş verən müharibə və köçmələrə görə yardıma möhtac olduğunu deyən Əhməd Əl-Karşi dərman və yemək kimi, lazımlı ehtiyacların təmin olunmaması səbəbilə vəba və malariya kimi yoluxucu xəstəliklərin bölgədə artdığını qeyd edib. "Seyac" Uşaq Hüquqları Cəmiyyəti beynəlxalq insan haqqları təşkilatlarından Yəməndə baş verənləri nəzərə almalarını tələb edərək, təcili lazım olan yardımların regiona çatdırılmasında səy etmələrini istəyib. Qeyd edək ki, bir müddət əvvəl BMT də 18 milyon Yəmən vətəndaşının humanitar yardımlara ehtiyacı olduğunu bildirmişdi. (deyerler.org) / Teqlər : #Hər 10 dəqiqədə Yəməndә bir uşaq aclıqdan ölür , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyənin hava zərbəsindən sonra xəstəxanaya çatdırılan körpələr - VİDEO Yəməndə 20 milyondan çox insan vəba epidemiyası təhlükəsi ilə qarşı-qarşıyadır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'