Hökumət siqaret mafiaysına bata bilmədi

Dünən günün birinci yarısında siqaret ucuzlaşsa da, az sonra yenidən bahalaşdı

Siqaret mafiyası dünən günən birinci yarısında siqaretin qiymətini ucuzlaşdırsada, az sonra yenidən əvvəlki  qiymətinə qaytarıb.
 
Bu barədə redaksiyamıza ticarətçilər məlumat verib. “Günün birinci yarısında mal götürəndə bəlli oldu ki, siqareti manatın ucuzlaşmasından əvvəlki qiymətinə qaytarıblar. Biz də sevindik. Lakin az keçmədi ki, dedilər siqaret yoxdur və bildirdilər ki, almaq istəyirsizsə yeni qiymətlərlə verəcəyik”, - deyə ticarətçilər bildirib.
 
Siqaret mafiyası bu oyunu ilə bəzi mağazaları da çətin vəziyyətdə qoyub. “Elə mağazalar olub ki, köhnə qiymətlə siqaret götürüb, ucuz satmağa başlayıblar. Lakin sonradan bəlli olanda ki, bu oyundur qiymətlər əvvəlki vəziyyətinə qaytarılıb. Bu xüsusilə kiçik dükanlarda baş verib. Onlar az mal götürür. Siqareti köhnə qiymətlə satdıqlarına görə, qısa müddətə mal qurtarıb. Yenidən mal götürəndə isə artıq baha qiymətə alıblar və bu səbəbdən köhnə qiyməti dəyişiblər. Bu isə alıcıların narazılığına səbəb olub. Onlara izah etmək olmur ki, dükan sahiblərində günah yoxdur”, - deyə ticarətçilər bildirib.
 
Xatırladaq ki, manatın devalvasiyasından sonra siqaret 35-40 faiz bahalaşıb. Topdansatış məntəqələrində 1 manat 44 qəpik olan “Davudoff” siqareti birdən-birə 63 qəpik bahalaşaraq 2 manat 7 qəpik, 1 manat 26 qəpik olan “Winston Classik”  1 manat 80 qəpik, 1 manat 80 qəpik olan, 90 qəpik olan “LD Silver”  1 manat 35 qəpik olub. Digər siqaretlər də 60-70 qəpik civarında bahalaşıb.
 
Dünən baş verənlər göstərir ki, hökumət siqaretin qiymətini endirməyə çalışsa da, mafiyaya gücü çatmır.

Google+ WhatsApp ok.ru