Çin Yəməndən vətəndaşlarını çıxardı və bölgədən döyüş gəmilərini çəkdi

Çinin Yəməndəki vətəndaşlarını Ədən limanına yanaşan donanma gəmiləri vasitəsilə azad etdiyi bildirilir. Maide.az xəbər verir ki, Somali sahillərində piratlara qarşı beynəlxalq patrul vəzifəsində olan 3 donanma gəmisi dünən Ədən limanına lövbər salaraq, Yəməndəki 590 Çin vətəndaşını azad edib. 
 
Bildirilir ki, xilasetmə əməliyyatına qoşulan 2 ədəd idarə olunan raket gəmisi ilə 1 ədəd maddi-texniki dəstək gəmisində onlarla xüsusi təyinatlı əsgər olub.
 
Qeyd edək ki, Çin donanması tarixində ilk dəfə Liviya böhranı zamanı oxşar bir xilasetmə əməliyyatı həyata keçirmişdi.

Google+ WhatsApp ok.ru