Karnegi fondunun təhlilçisi Tomas De Vaal Qarabağdan danışıb

"Payızda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın yenidən görüşü gözlənilir." Bunu ABŞ-ın Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal deyib.
 
Onun sözlərinə görə, Parisdə keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının iclası çərçivəsində nəzərdə tutulan görüş ABŞ və Fransa prezidentləri Barak Obama və Fransua Ollandın təşəbbüsü ilə baş tutacaq. 
 
“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar artan gərginlik nəticəsində Soçi görüşü keçirildi. Rusiya prezidenti Vladimir Putin cəbhədə gərginliyin azalmasına nail oldu. Lakin Putin Qarabağ münaqişəsi üzərində nəzarətini itirir”, deyə Tomas de Vaal bildirib. 

Google+ WhatsApp ok.ru