KİV: Sabah Yəməndə atəşkəs elan olunacaq

Yəməndə münaqişə edən tərəflər, eləcə də Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri 5 günlüyünə atəşkəs elan olunması haqda razılığa gəliblər. Bu haqda "Elaph" saytı məlumat yayıb.
Xəbərə görə, hətta sonradan atəşkəsin müddəti uzadıla da bilər. Məlumatda bildirilir ki, bu tədbirin başlamasının iyulun 8-də elan olunacağı gözlənilir. "Humanitar barış" adı altında tətbiq ediləcək atəşkəsin Ramazan Bayramına, yəni iyulun 17-dək davam etməsi nəzərdə tutulub.
Həmçinin qeyd olunub ki, BMT baş katibinin xüsusi nümayəndəsi İsmayıl Şeyx Əhməd yaxın 48 saatda "humanitar yardım" aksiyasının bütün detallarını dəqiqləşdirəcək.  

Google+ WhatsApp ok.ru